“R.V. Yol İnşaat” NECƏ TENDERİ UDA BİLƏR Kİ... - Dövlətə BORCU VAR

22-10-2022, 12:48           
“R.V. Yol İnşaat” NECƏ TENDERİ UDA BİLƏR Kİ... -
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tender müsabiqələrinin qalibi “R.V. Yol İnşaat” MMC olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Bakı meriyası paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınmasına görə “R.V. Yol İnşaat” MMC-yə 6 milyon 14 min 521 manat 25 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 20 manat nizamnamə kapitalı olan “R.V. Yol İnşaat” MMC-nin qanuni təmsilçisi Bəndəliyev Zülfəli İsrafil oğludur. Şirkət 7 yanvar 2009-cu ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 6 milyonluq tenderin qalibi olan “R.V. Yol İnşaat” MMC-nin ötən günə olan tarixə görə 8 min 78 manat 34 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru