Mədəniyyət Nazirliyinin eyni gündə 1 milyon manatlıq iki tenderinin qalibi -

22-10-2022, 11:35           
Mədəniyyət Nazirliyinin eyni gündə 1 milyon manatlıq iki tenderinin qalibi -
Mədəniyyət Nazirliyi "Mədəniyyət Nazirliyi tərəfindən keçiriləcək tədbirlər, festivallar və digər proqramlarda səhnələrin səs sistemlərinin, işıqlandırma, lazer və digər avadanlıqların icarə xidmətlərinin satın alınması" və "XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və " Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı tədbir üçün səhnə avadanlıqlarının quraşdırılması üzrə xidmətlərin satın alınması" tenderlərinin nəticələrini elan edib.
TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, hər iki tenderin qalibi "Mozg Media Group" MMC olub. Şirkətlə, birinci tenderlə bağlı 948 min 088 manat, ikinci tenderlə bağlı 70 min 552 manat, ümumilikdə isə 1 milyon 018 min 640 manat məbləğində müqavilə imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru