Apple şirkəti bir sıra xidmətlərinin qiymətini artırıb

25-10-2022, 09:48           
Apple şirkəti bir sıra xidmətlərinin qiymətini artırıb
"Apple" şirkəti, ABŞ-da artan lisenziya xərclərini əsas gətirərək ilk dəfə olaraq “Apple Music və Apple TV+” xidmətlərinin qiymətlərini artırdığını açıqlayıb.

Marja xəbər verir ki, həmçinin Şirkət “Apple One” paketlərini də bahalaşdırdığını bildirib.

Şirkət Apple Music-in aylıq qiymətini 9,99 dollardan 10,99 dollara qaldıraraq onu Spotify Technology və Amazon xidmətlərindən daha bahalı edib.

“Apple TV+”nın qiymətini 4,99 dollardan 6,99 dollara yüksəldən şirkət rəqibləri Netflix və Warner Bros-dan daha aşağı qiymətə xidmətlər təklif etməyə davam edəcək.

Şirkət “Apple One” paketini 2 dollar artıraraq 16,95 dollara çatdırdığını açıqlayıb.

Apple, şirkətin satışlarınıntəxminən dörddə birini təşkil edən xidmətlərdən daha çox gəlir əldə etməyi hədəflədiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru