Nazirliyin “sevimli” şirkəti bu dəfə “ilişdi” - 90 mini ala bilməyəcək

25-10-2022, 17:46           
Nazirliyin “sevimli” şirkəti bu dəfə “ilişdi” -
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu ilin iyul ayında Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Mühəndislik Tikinti Təchizat” QSC (VÖEN – 2005667751) olub. Dəyəri 89 min 994 manat 4 qəpik olan tender müsabiqəsinin şərtlərinə görə Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən Laçın rayonu 7 nömrəli tam orta məktəbi əsaslı təmir olunmalıydı.
Məlumat üçün bildirək ki, 2019-cu ilin iyun ayında dövlət qeydiyyatına alınan "Mühəndislik Tikinti Təchizat” QSC-nin adına yalnız Elm və Təhsil Nazirliyinin keçirdiyi tenderlərdə rast gəlmək olur. QSC bu günə kimi Nazirliyin keçirdiyi milyonluq tenderlərin qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru