Mətbuatı “zəhərli” adlandıran 84 yaşlı Anar: “Sonuncu 5 illiyimdir” – VİDEO

27-10-2022, 10:38           
Mətbuatı “zəhərli” adlandıran 84 yaşlı Anar:
Xəbər verdiyimiz kimi, Azərbaycan yazıçılarının XIII qurultayı keçirilib. Qurultayda 84 yaşlı Xalq yazıçısı Anar Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Anar Rzayev qurultaydan sonra jurnalistlərə açıqlamasında mətbuat nümayəndələrindən AYB-yə düşmən münasibət bəsləməməyi xahiş edib:

“Xahiş edirəm, qərəzli yazılar yazmayın. Hər şeyi tərsinə yozmayın. Bir az obyektiv olun. Mənim sonuncu 5 illiyimdir. Bizim bu mətbuatın zəhərlərini uda-uda bundan sonra da yaşaya bilsəm, onda 5 il də yaşaya biləcəm. 5 ildən sonra kimi istəyirsiniz, onu da seçərsiniz”, – deyə sədr bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru