ÜST koronavirusla bağlı sevindirici xəbəri ELAN ETDİ

27-10-2022, 09:41           
ÜST koronavirusla bağlı sevindirici xəbəri ELAN ETDİ
Oktyabrın 17-dən 23-dək olan həftə ərzində 2,6 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 7 günlə müqayisədə yoluxanların sayı 15%, ölənlərin sayı isə 13% azalıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, həftə ərzində dünyada 2 690 624 yoluxma, 8 562 ölüm halı qeydə alınıb. Əvvəlki yeddi günlə (10-16 oktyabr) müqayisədə yoluxmaların əhəmiyyətli dərəcədə azalması Afrikada (mənfi 41%) və Avropada (mənfi 23%) qeydə alınıb. Halbuki Amerikada yoluxma halları 2% artıb. Afrikada (72%), Avropada (24%) və Cənub-Şərqi Asiyada (13%) ölüm hallar nəzərəçarpacaq dərəcədə azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru