İrandan keçməklə Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yolun nə vaxt hazır olacağı açıqlandı

27-10-2022, 11:35           
İrandan keçməklə Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yolun nə vaxt hazır olacağı açıqlandı
"Ermənistandan yan keçməklə İranla sərhəddən keçən körpülərin artıq tikintisinə başlanılıb. Bu yol artıq İran üzərindən çəkilib və təxminən 2024-cü ildə hazır olacaq".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, yeni yol İran, Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.

Şahin Mustafayev əlavə edib ki, Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsinə çevriləcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Bu nəqliyyat dəhlizi boyu fəal şəkildə işlər həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru