Azərbaycanda işıq pulu ödəmək asanlaşdı – Mobil telefonla

19-05-2016, 19:49           

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən daha bir yenilik. ANS PRESS-in məlumatına görə, “Azərişıq” insanların rahatlığı üçün mobil telefon istifadəçilərinə yeni proqram tətbiq edib. Həmin proqram vasitəsilə mobil istifadəçilər rahat şəkildə bir neçə işi görə biləcəklər:
– Elektrik enerjisi sərfiyyatlarını görə;
– Elektrik enerjisinə görə aylıq fakturaları izləyə;
– Elektron müraciət edə;
– Elektrik enerjisi borcunu online ödəyə;
– Smart sayğac istifadəçilərinin online balanslarını öyrənə;
– Smart sayğacının balansını artıra bilərlər.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin katibi Tanrıverdi Mustafayev ANS PRESS-ə açıqlamasında deyib ki, bu proqram daha çox rayonlarda, dağ yerlərində istirahət edənlərə, eyni zamanda bayram günləri dövlət orqanlarının işləmədiyi vaxtda, abonentlərə daha çox sərf edəcək. “Onlar istənilən gün və istənilən yerdən asanlıqla öz balanslarını artıra biləcəklər”.
Qurum rəsmisinin sözlərinə görə, bundan başqa, hər kəs özünün elektrik enerjisindən istifadəyə görə olan borcunu telefon vasitəsilə öyrənə biləcək.
Tanrıverdi Mustafayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin katibi
Mobil telefon istifadəçiləri “Azərişığ”ın yeni tədbiqini “Play market” və ya “Play store”dan “Azərişıq” yazaraq yükləyə bilərlər.
İşıq, qaz və su borclarını telefon vasitəsilə öyrənmək və balansı artırmaq beynəlxalq təcrübədə də var. Azərbaycana da bunun tətbiq olunması yaxşı haldır. Ümid edirik ki, bundan sonra digər xidmətlər də buna bənzər layihə halında abonentlərin istifadəsinə veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.