Niyə hələ də özəlləşdirmə çekləri satılır?

21-05-2016, 19:45           

Özəlləşdirmə çeklərinin müddətinin 2011-ci il yanvarın 1-də bitməsinə baxmayaraq, "qara bazar”da hələ də onların alqı-satqısı aparılır.

Məlum olduğu kimi, özəlləşdirmə paylarının dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb və bu, iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb.

Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvarın 1-dək anadan olan Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib.

Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti Prezidentin müvafiq fərmanları ilə 2002, 2004, 2008, 2009-cu illərdə çeklərdən istifadə müddəti artırılıb.

Son fərmana əsasən, dövriyyəyə buraxılan dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb və bundan sonra özəlləşdirmə paylarının istifadə olunması mümkünsüzdür. Belə olan halda "qara bazar”da hələ də satışı davam edən vauçerlərin alınmasında məqsəd nədir və onların yenidən tədavül müddətinin uzadılması ehtimalı varmı?

teref.az-nun məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az saytına deyib ki, çeklərin tədavül müddəti onsuz da bir neçə dəfə uzadılıb:

"Özəlləşdirmə çeklərin 1996-cı il yanvarın 1-dən dövriyyəyə buraxılıb. Çeklərin dövriyyədə olması nəzərdə tutulan müddət ərzində həmin çeklərin çox az hissəsi özəlləşdirmə prosesində istifadə olunduğundan, ondan daha geniş istifadənin təmin olunması məqsədi ilə tədavül müddəti bir neçə dəfə uzadılıb”.

Deputat çeklərin tədavül müddətinin uzadılmasına ehtiyac görmədiyini bildirib:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.