Vasif Talıbov təhsildən belə qazanır - BU DA FAKT!!!
16-11-2022, 10:58

Naxçıvanda bütün sahələrə Vasif Talıbovun nəzarət etdiyi və onun razılığı olmadan Naxçıvanda daş üstünə daş qoyulmadığı faktdır. O da faktdır ki, Naxçıvana şəxsi kantoru kimi baxan Talıbov cənabları yerli sakinlərə özünün köləsi kimi yanaşır. DİA.AZ bildirir ki, Naxçıvanda ən bərbad durumda olanlardan biri də təhsil işçiləridir.
Bu barədə yerli KİV-də yetrəincə informasiyalar paylaşılıb və anlaşılanı odur ki, Vasif Talıbovun Naxçıvanda qurduğu təhsil sistemi övladlarımızı elm-bilik sahibi etməyi yox, "Xan"ın büdcəsini doldurmağı qəsd edib. Elə aşağıda açıqlanan faktda ehtiva olunduğu kimi...
DİA.AZ Naxçıvanda təhsil kurslarında müəllimə işləyən bir vətəndaşın şikayət məktubunu olduğu kimi təqdim edir:

"Sizə bir müəllimə kimi yazıram. Ötən günlərdə təhsil kursları haqda yazmışdınız. Kurs təhsil nazirliyinin pul qaynağıdı. Hər ay sınaq keçirir pul yığırlar. Amma müəllimin əməkhaqqına gələndə canları çıxır verməyə. Sınaqlarda hər ay azı 50 min manat pul yığılır. Məktəblərə ən azı 90-95 faiz uşağın iştirakını məcbur tələb edir nazir müavini Ovni müəllim . Bizə də əmək haqqı vermirlər, vermirlər, hələ üstəlik aparıb sınağa nəzarətçi qoyurlar bazar günü, hüququmuzu əlimizdən alırlar. Sonra da deyirlər budu xoşun gəlmir işləmə. O gün bizim müəllim yoldaşlarımızdan biri bildirdi ki Bakıdan gələn yoxlama bura da gəlib. Çox sevindim bunu eşidəndə. Aydın olub ki bu kurs 1 manat belə vergi verməyib. Ovni müəllim, nazirliyin işçisi Sahil müəllim müəllimlərlə kursda kölə kimi davranır. Yəqin ki tapşırığı da nazir verir. Mənim ... övladım var, hər ay sınaq üçün pul tələb edir direktor ki yuxarıdan tələb belədir. Nə etməliyəm məcbur verirəm,burunlarından gəlsin. Çox adamın ahı var onların üzərində".
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...