3 il vəzifədə olan məmur Londonda biznes qurub

26-11-2022, 08:06           
3 il vəzifədə olan məmur Londonda biznes qurub
Ləğv prosesində olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar Agentliyinin İdarə Heyətinin keçmiş sədri Tural Kərimli Böyük Britaniyanın paytaxtı Londonda biznes fəaliyyətinə başlayıb.

"Report”un əldə etdiyi məlumata görə, o, "Isra Capital” adlı şirkətini dövlət qeydiyyatından keçirib.

Keçmiş məmur hazırda həmin şirkətin həm təsisçisi, həm də Baş İcraçı Direktoru (CEO) kimi fəaliyyət göstərir.

Xatırladaq ki, T.Kərimli 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Yüksək Texnologiyalar Parkı” MMC-yə, daha sonra isə İnnovasiyalar Agentliyinə rəhbərlik edib. Ötən ilin oktyabr ayında Agentlik ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru