“Dövlət xəstəxanaları rüşvət çirkabı içində...” - Aparıcadan sərt sözlər

24-01-2023, 12:36           
“Dövlət xəstəxanaları rüşvət çirkabı içində...” - Aparıcadan sərt sözlər
Tanınmış teleaparıcı Elçin Əlibəyli sağlamlıq haqqında arayış almaq üçün pul tələb olunmasına etiraz edib.

TEREF.AZ yenisabah.az-a istinadla xəbər verir ki, “Facebook” hesabında paylaşım edən aparıcı arayış üçün 40 manat tələb edilməsinə sərt reaksiya verib:

“Dövlət poliklinikasında sağlamlıq haqqında arayış üçün rəsmi 40 manat qiymət təyin edilib. Nəyin əsasında? Hansı cihaz və avadanlıqla müayinə aparılır ki, belə qiymət olsun? Köhnə qayda ilə sorğu-sual edib kağız doldurmağa görə belə qiymət olmaz! Onsuz da “pulsuz” dövlət xəstəxanaları rüşvət çirkabı içində sağlamlıq əvəzinə xəstəlik, ölümə səbəb olurlar. Bunu hər kəs bilir. Əslində, arayışdan başqa heç nəyə yaramayan poliklinikalarda bu xidməti pullu etməklə imkansızlara əziyyət verirlər! Nə edək?”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru