Ermənistan Moskvada keçirilən turizm sərgisində niyə iştirak etmir?

18-03-2023, 11:24           
Ermənistan Moskvada keçirilən turizm sərgisində niyə iştirak etmir?
Ermənistanın iqtisadiyyat naziri erməni turoperatorlarının Moskvada keçirilən “MITT-2023” turizm sərgisində niyə iştirak etmədiyini izah edib.

Vahan Kerobyanın verdiyi məlumata görə, onların sadəcə olaraq eyni vaxtda iki böyük sərgidə iştirak etmək üçün kifayət qədər resursları olmayıb. Belə ki, MITT ilə paralel olaraq Berlində də analoji İTB sərgisi keçirilib.

Hökumətin və turoperatorların niyə Almaniyanı seçməsilə bağlı suala cavab olaraq siyasətçi izah edib ki, Ermənistana qonaqların gəldiyi ölkələrin sayını artırmaq üçün turist axını şaxələndirilməlidir.

Kerobyan qeyd edib ki, İqtisadiyyat Nazirliyinin digər məqsədi orta seqment turistlərin payını artırmaqdır, çünki burada hələ də kütləvi bazar hökm sürür. Bunun üçün ərəb ölkələrindən və Amerikadan turist cəlb etmək lazımdır.
Nazir əmin edib ki, erməni turoperatorları Rusiya bazarına hələ də maraq göstərirlər və bu maraq artmaqda davam edir.

Mənbə: vestikavkaza.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.