"Bəlkə o zaman möhtəkirlikdən əl çəkələr..." - PROBLEM

25-03-2023, 10:24           
"Bəlkə o zaman möhtəkirlikdən əl çəkələr..." - PROBLEM
"Restoranlar Ramazan boyu iftar süfrələrindən də pul tutmaqdan çəkinmirlər. Bu gün bir menyunu hətta 85 manata təklif edən restoran da var. Görəsən oraya ərzaq Marsdan gəlir? Amma yiyələrini dindirsən guya əksəriyyəti əhli-beyt aşiqidir və halal filan zad..." DİA.AZ bildirir ki, bu paylaşımla jurnalist Fatimə Paşayeva çıxış edib.

Daha sonra etirazçı jurnalist vətəndaşlara çağırışda da bulunub: "Restoranlara getməyin! Müstərisizlikdən ərzaqlarının üstünə milçək qonsun, onlar da bekarçılıqdan qovalasınlar.

Bir müddət marketlərdən bazarlıq etməyin. Yalnız az miqdarda zəruri ərzaqları alın. İmkan verin malları qurd bassın. Bəlkə o zaman möhtəkirlikdən əl çəkələr..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru