Büdcə xərcləri 3.2 milyard manat artırılır

31-05-2023, 11:54           
Büdcə xərcləri 3.2 milyard manat artırılır
Azərbaycan Maliyyə Nazirliyi 2023-cü il dövlət büdcəsinə dəyişikliklərin olunmasını təklif edib.
Layihədə 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır.
Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat (9.8 faiz) çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına
düşür.
Yeni büdcəsinin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq
olunmuş göstəriciyə nisbətən 3 milyard 215 milyon manat (9.6 faiz) artıqdır.
Artan xərclərin böyük bir hissəsi (2 milyard 260 milyon manat) işğaldan azad olunmuş Qarabağ,
Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə
bağlıdır.
Artımın qalan hissəsi də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi dəstək
mahiyyəti daşımalıdır.

İlin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürüləcək. Mövcud
sənəddə bu, 50 dollardır. Nazirlik bildirir ki, bu ilin dörd aylında Azərbaycan neftin bir barelinin
orta ixrac qiyməti 85.8 ABŞ dolları təşkil edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.