Səudiyyə Ərəbistanı açıqladı: 1,5 milyon insan həcc üçün...

25-06-2023, 12:28           
Səudiyyə Ərəbistanı açıqladı: 1,5 milyon insan həcc üçün...
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 1,5 milyonu keçib.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Pasportlar Baş İdarəsi açıqlayıb.

Məlumata görə, ölkəyə quru, hava və dəniz yolu ilə daxil olan zəvvar namizədlərinin sayı 1 milyon 626 min 500 nəfər olub. Onlardan 1 milyon 559 min 53-nün hava, 60 min 617-nin quru, 6 min 830-nun dəniz yolu ilə gəlib.

Səudiyyə Ərəbistanı Statistika İnstitutunun məlumatına görə, 2023-cü il üçün ölkə daxilindən və xaricdən gələnlərin sayı 2,4 milyon olacaq.

Ölkənin 2030-cu il baxışı çərçivəsində Məscidül-Həramda aparılan genişləndirmə işləri və COVID-19 epidemiyasının sona çatması ilə zəvvarların sayının artırılması hədəflənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru