Xaricdə təhsil alacaq tələbələrin nəticələri niyə gecikir? - VİDEO

14-07-2023, 09:38           
Xaricdə təhsil alacaq tələbələrin nəticələri niyə gecikir? - VİDEO
Xaricdə təhsil alacaq azərbaycanlı tələbələrin müsahibə nəticələrinin elanı gecikir. "2022-2026-cı illər üçün Dövlət Proqramı"nın icrasında problemlər var?

Xezerxeber.az xəbər verir ki, qaydalara uyğun olaraq müsahibədən keçmiş gənclərinin nəticələrinin hələ də niyə məlum olmadığına Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin Xaricdə Təhsil və və Əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov aydınlıq gətirib.

Nazirlik rəsmisi “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, Dövlət Proqramının ikinci dövr üzrə sənəd qəbuluna iyunun 1-də başa çatıb. Hazırda həmin dövr üzrə müsahibədə iştirak etmiş şəxslərin nəticələrinin açıqlanması yekun mərhələdədir:

Müjdət Həsənov qeyd edib ki, Dövlət Proqramının 15 prioritet istiqaməti var. Bununla bağlı artıq nazirliyin müvafiq xüsusi proqramlarının siyahısı dərc olunub. Əvvəlki Dövlət Proqramı ilə müqayisədə qərarların verilməsi daha çevik mexanizm üzərində qurulub.

ABŞ -ın ali təhsil ocaqlarında tədrisin avqustun sonunda başladığına diqqət çəkən Müjdət Həsənov qeyd edib ki, tezliklə nəticələr elan olunacaq, tələbələr təhsil prosesinə gecikməyəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru