“McDonalds”ın "od qiyməti"nə “Şaurma”sı etiraz doğurdu: - “Özünüzü “Elşadın qırğın dönəri” kimi aparırsınız”

14-07-2023, 12:48           
“McDonalds”ın "od qiyməti"nə “Şaurma”sı etiraz doğurdu: -
“McDonalds” restoranlar şəbəkəsinin menyusuna “xüsusi yenilik” adı ilə 5,75 AZN-ə daxil etdiyi “Şaurma Roll” sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

TEREF.AZ Pravda.az-a istinadla xəbər verir ki, vətəndaşlar şaurmanın qiymətinin baha olmasına etiraz ediblər.

“McDonalds”la bağlı yazılan şərhlərdən bir neçəsini təqdim edirik:

“100% 7-10 manata, iki dişləmlik oyuncaq olacaq”, “2 manatlıq şaurma nə zaman 5.75 AZN-ə oldu?”, “Bunun illər sonrasını təsəvvür etmək olmur...”, “McDonalds”da bir doyumlu yemək olmur, amma hamısı od qiymətinədir”…

Restoranın menyusuna şaurma əlavə etməsinin sağlam rəqabət olmadığını deyənlər də az deyil: “Sağlam rəqabət strategiyası deyil”, “Özünüzü “Elşadın qırğın dönəri” kimi aparırsınız”, “Xaş da verin...”

Restoranın keçmiş əməkdaşlarından biri isə etirazını belə bildirib: “Yaxşı ki daha sizinlə işləmirəm, yoxsa utancdan ölərdim...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru