Sumqayıtda qəzalı binanın sakinləri qorxu içində yaşayırlar - VİDEO

15-07-2023, 13:04           
Sumqayıtda qəzalı binanın sakinləri qorxu içində yaşayırlar - VİDEO
Sumqayıt şəhər 16-cı məhəllə ərazisində yerləşən üç saylı yataqxana qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, binanın divarları çatlayıb, döşəmə çöküb, tavan isə qopub.

Sakinlərin sözlərinə görə, 50-yə yaxın ailənin yaşadığı yataqxanada vəziyyət dözülməz həddə çatıb. Bina 1945-ci ildə tikilsə də, sonuncu dəfə 1990-cı illərdə təmir edilib.

Yataqxananın ikinci mərtəbəsində yaşayan sakinlər binaya qorxa-qorxa daxil olduqlarını bildiriblər.
Problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yataqxana Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında deyil:

“Bu səbəbdən həmin ünvana xidmət göstərilmir. Vətəndaşların problemlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etmələrini tövsiyə edirik”.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru