Milli kulinariyamız “National Geographic Traveller” festivalında

18-07-2023, 12:53           
Milli kulinariyamız “National Geographic Traveller” festivalında
Tədbir çərçivəsində "Çay mərasimi", "Düyü və zəfəran" masterklasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilib.
Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları Londonda keçirilən "National Geographic Traveller" kulinariya festivalında təbliğ edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim olunub.
Festivalın ziyarətçiləri plov, qutab, kükü kimi milli kulinariya nümunələrini, o cümlədən Azərbaycan şərablarını dadmaq imkanı əldə ediblər.
Tədbir çərçivəsində "Çay mərasimi", "Düyü və zəfəran" masterklasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilib.
Milli stendimizi Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ziyarət edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.