İnvest Construction MMC-yə KİMSƏZ SÖZ DEYƏ BİLMİR? - "Gedin hara istəyirsiniz şikayət edin"

20-07-2023, 18:59           
 İnvest Construction MMC-yə KİMSƏZ SÖZ DEYƏ BİLMİR? -
"“İnvest Construction MMC” adlı tikinti şirkəti Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binanı sökür. Allah xeyir versin, köhnə binalar yeniləri əvəzlənməlidir". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Niyaz Niftiyev çıxış edib.

Jurnalist amma bu işin problemli tərəfini qabardıb: "Amma 40-a yaxın ailə onların şərtləri ilə razılaşmadığından evlərini tərk etmir. Şirkət buna məhəl qoymur və insanlar yaşadıqları halda binanı sökür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də deyir ki, “İnvest Construction MMC”-yə tikinti aparmaq üçün müsbət rəy verilməyib.

Belə olan halda bu insanların narazı qalmasına dövlətin hüquq sistemi niyə biganə yanaşır.

Eyni proses Binəqədidə 5 il əvvəl yataqxananı söküb sakinləri aldadan şirkətlə də baş verib. Adamlar evlərini ala bilmir, baxmayaraq ki, bina hazırdı, vurhay satırlar, əsl sahiblərinə - sokdukləri yataqxanadan çıxarılanlara deyiblər ki, gedin hara istəyirsiniz şikayət edin. Pulunuzu yalnız hissə-hissə verə bilərik.

"Gedin hara istəyirsiniz şikayət edin" ifadəsi yaxşı səslənmir. Bu hərc-mərcliyin göstəricisi, daxili idarəçilikdə sistem xətasıdır. Bu vərdişə çevrilsə vəziyyətimiz heç də yaxşı olmayacaq".

Məsələ diqqətimizdədir, dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru