Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İSTƏDİYİNİ EDİR... - FAKT BUDUR!

21-07-2023, 16:23           
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İSTƏDİYİNİ EDİR... - FAKT BUDUR!
“Ölkədə ən ciddi problemlərdən biri tikintiyə nəzarət, bu sahədə olan qanun pozuntularıdır. Bakının arxitekturasını nəzərə almadan icra hakimiyyətləri, xüsusən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi harda gəldi tikintiyə icazə sərəncamı verir. Dövlət rəhbərliyi bu məsələyə xüsusi diqqət yetirərsə, nəzarət-təftiş komissiyası yaradılarsa, bir çox qanunsuz qərarların qarşısını almaq mümkündür”. Bu sözləri Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Xəzər Teyyublu Tribunainfo.az-ın əməkdaşı ilə söhbətində deyib.

Hüquq müdafiəçisi şəhərsalma üzrə komitənin son vaxtlar verdiyi icazə sənədlərinin yenidən araşdırılmasına zərurət olduğunu düşünür: “Bakının elə yerlərində binaların tikintisinə razılıq verilir ki, buna qətiyyən yol vermək olmaz. Çünki həm şəhərin görünüşünə xələl gətirir, həm tikinti normaları pozulur, həm vətəndaşların yolunu zəbt edir”.
Hüquq müdafiəçisi hesab edir ki, komitə ilə yanaşı yerli icra orqanları da məsuliyyət daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru