TikTok rəsmiləri yenidən Azərbaycandadır
22-07-2023, 00:12

Ötən gün TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiyalar rəhbəri Kristina Yeremeyeva ve məsul nümayəndə Yekatrina Romanova ilə görüşdüm.
Azərbaycanda TikTok-un auditoriyası genişləndikcə qurum rəsmilərinin də Azərbaycan bazarına marağı artır.
Qurum rəsmiləri Azərbaycanda 3 milyondan çox üzvü olan bu sosial media resursunun reputasiyasını yaxşılaşdırmaq istəyirlər.
TikTok rəsmiləri bildirdilər ki, Azərbaycan hansısa sorğu müraciət olmadan ən çox zərərli kontentin qurum tərəfindən silindiyi 50 ölkənin içərisindədir.
Bildiyim qədər TikTok rəsmiləri ölkəmizdə bir xeyli görüşlər keçiriblər.
Son 20 illik dövrdə xatırlamıram ki, digər qlobal sosial media resursların rəhbərləri bu qədər Azərbaycana diqqət göstərsinlər.
Görüşümüzdə aşağıdakı məsələlərə diqqət yetirilib :
- Uşaqların və yeniyetmələrin təhlükəsizliyi, valideynlərin rəqəmsal savadlığının artırılmasına dəstək
- Azərbaycandilli faydalı kontentin, gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılmasına dəstək
- TikTok-un Azərbaycanla əlaqələrinin gücləndirilməsi, əlçatanlıq, bu platformada zərərli və qanuna zidd kontentin qarşının alınması mexanizmləri
- TikTok-un marketinq alətlərindən biznes və tanıtım üçün, startap ekosistem üçün effektiv istifadəyə dəstək və s.
Düşünürəm ki, TikTok artıq Azərbaycanın milli informasiya mühitində mühüm yer tutur.
Onun zərərli təsirlərinin minimuma endirilməsi və faydalı resursların artırılması, biznes, marketinq və tanıtım imkanlarından, faydalı tərəflərindən istifadənin gücləndirilməsi doğru olardı.
Osman Gunduz
Teref.az