Bakının mərkəzini çirkab suları BÜRÜDÜ – VİDEO

22-07-2023, 10:50           
Bakının mərkəzini çirkab suları BÜRÜDÜ – VİDEO
Söhbət Yasamal rayonu, Caspian plazanın arxasında olan Nəcəf bəy Vəzirok küçəsi 26 -dan gedir. Ehtimallara görə ərazidə kanalizasiya xəttində qəza baş verib.

Bizim.Media-ya müraciət edən sakinlərin bildirdiyinə görə iki aya yaxındır ki, yolun hərəkət hissəsinə çirkab suları dolub. Əraziyə kanalizasiya sularından və üfunətdən daxil olmaq mümkün deyil. Ərazidə avtomobillərini park edən sürücülər belə çətinlik çəkirlər.

Sakinlər deyir ki, bir müddət əvvəl vəziyyətlə bağlı şikayətdən sonra aidiyyəti qurumlar əraziyə gəlib tədbir görüblər. Amma yol sadəcə olaraq iki gün quru qalıb. Növbəti gün yenə yolu çirkab suları bürüyüb. Hazırda da durum eynidir.
“Azərsu”ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı aidiyyəti idarə məlumatlandırılıb:

“Tərəfimizdən lazımi tədbirlər görüləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru