Qlobal Siyasət İnstitutunun rəhbəri: “Xəbərlər və əyləncələr, demək olar ki, eyniləşib”

22-07-2023, 16:24           
Qlobal Siyasət İnstitutunun rəhbəri: “Xəbərlər və əyləncələr, demək olar ki, eyniləşib”
“Xəbərlər və əyləncələr arasında sərhəd itib, eyniləşmə baş verib”.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qlobal Siyasət İnstitutunun rəhbəri Paolo fon Şirak Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.

“İnsanlar artıq nəyə baxdıqlarını bilmirlər. Xəbərlərin getdikcə şou xarakteri alması, xəbərlərin insanlara əyləncə formatında təqdim olunması dezinformasiyaların da yayılmasına səbəb olur. Burada texnologiyada baş verən yeniliklərin də rolu var”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru