“The Korea Times” qəzetinin icraçı direktoru: “Biz maliyyə resurslarını onlayn mediaya yönəltməliyik”

24-07-2023, 00:15           
“The Korea Times” qəzetinin icraçı direktoru:
“Ənənəvi media rəqəmsal dünyaya uyğunlaşmaq üçün strategiyaya malik olmalıdır və biz maliyyə resurslarını onlayn mediaya yönəltməliyik”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “The Korea Times” qəzetinin icraçı direktoru Ço Jae-hyon deyib.

O bildirib ki, media sənayesi bir çox dəyişikliklərə məruz qalıb:
“Mən də burada ənənəvi medianı təmsil edirəm. Bu gün gənclər qəzet oxumur, bu səbəbdən biz ilk növbədə rəqəmsal platformalara uyğunlaşmalıyıq, strategiyamız olmalıdır. Həmçinin düşünürəm ki, onlayn media maliyyə sahəsində də çətinliklərlə üzləşir. Ənənəvi medianın, xüsusilə də qəzetlərin müasir dövrdə “sağ qalması” üçün hər hansı aydın bir həll yoxdur. Amma reallıqları nəzərə alıb çap medasına investisiyanı azalda, bu vəsaiti onlayn mediaya yönəldə bilərik. Əks halda ənənəvi media, xüsusən də çap mediası olaraq gələcəkdə yox ola bilərik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru