Əməliyyat zamanı ölən xəstənin cərrahı danışdı - Video

1-07-2016, 09:37           

Sumqayıtda 81 yaşlı cərrahın əməliyyat etdiyi xəstə bu gecə dünyasını dəyişib.

3 uşaq anası Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına müraciət edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb.

Xəstənin yaxınları isə Lumu Veyisovun ölümündə həkimi günahlandırırlar. İddia edirlər ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.
Xəstəni əməliyyat edən həkim Cəfər Quliyev isə bununla razılaşmayıb. Açıqlama verən həkim məslənin təfərrüatları barədə məlumat verib.

O xəstənin xəstəxanaya gec çatdırıldığını, vəziyyətinin ağır olduğunu bildirib. Xəstənin öd kissəsində ağır irinli proses olub, ətraf damarlarda da irinləşmə prosesi gedib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru