Sakinlər artıq QARĞIŞA KEÇİBLƏR... - "Topraq doydursun gözünüzü..."

31-08-2023, 11:09           
Sakinlər artıq QARĞIŞA KEÇİBLƏR... -
"Hazırda Əhmədlidə (Bakı kinoteatrının yaxınlığı) Qaçaq Nəbi küçəsində, 95 nömrəli məktəbin yanında dağıtma işləri gedir". DİA.AZ bildirir ki, bunu öz paylaşımında tanınmış jurnalist Rasim İsmayılov qeyd edib.

Narazılığını daha da sərt ifadələrlə bildirən jurnalist daha sonra belə deyib:

"Bir həftədir gecələr yuxuya həsrət qalmışıq. Pəncərəni açan kimi ekskovator elə bil evin içində işləyir.

Zatən bütün həyəti hasara alıblar. Bu cəhənnəm heç olmasa bunu gündüz sökün da.

Rəsmi qurumların adını yazmıram. Çünki bu boyda özbaşınalığı görmürlərsə mənim "həştəq"imi görəcəklər?

Topraq doydursun gözünüzü..."

Ümid ediik ki, rəsmi qurumlar, xüsusən də Xətai rayon icra hakimiyyəti vətəndaş gileyini nəzərə alacaq.

Məsələ ilə bağlı dia.az olaraq əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru