Azərbaycandakı bu bankda kritik durum: - Problemli kreditləri 70 milyona çatır

31-08-2023, 11:23           
Azərbaycandakı bu bankda kritik durum: -
“Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 2023-cü ilin ilk yarısında 69,4 milyon manata çatıb.

TEREF.AZ bildirir ki, “Yeni Sabah”ın araşdırmasına görə, bu, ilin əvvəli ilə müqayisədə 25,7% və 14,2 milyon manat çoxdur. 2023-cü ilin yanvar ayının 1-nə bankın vaxtı ötmüş kreditləri 55,2 milyon manat təşkil etmişdi. Bu dövrdə bankın vaxtı ötmüş kreditlərinin ümumi portfeldə payı 17,4%-dən 20%-ə kimi yüksəlib.

Problemli kreditlərin 68,6 milyon manatı biznes kreditlərinin (ilin əvvəlində 54,6 milyon manat), 685,6 min manatı istehlak kreditlərinin (ilin əvvəlində 568,5 min manat) və 82,2 min manatı (ilin əvvəlində olmayıb) isə daşınmaz əmlak kreditlərinin payına düşüb.

Bu dövrdə bankın vaxtı ötmüş biznes kreditləri 25,6% və ya 13,9 milyon manat artıb. İstehlak kreditləri üzrə isə bu rəqəm 20,6% və ya 117,1 min manat artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru