İcra başçısı Aqil Nəzərli vergi borcu olan şirkəti tenderdə qalib seçdi

1-09-2023, 11:54           
İcra başçısı Aqil Nəzərli vergi borcu olan şirkəti tenderdə qalib seçdi
Laçın Rayon İcra Hakimiyyətinin "Hacılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Hacılar obasında (Mal yatağı, Orta yatağ, Səlimin yatağı) obalararası və obadaxili yolların cari təmir işləri"nin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

TEREF.AZ yazır ki, 32gun.az-ın məlumatına görə, tenderin qalibi "Avtoyoltikintiservis" MMC olub. Tərəflər arasında 68.634,7 AZN-lik müqavilə imzalanacaq.

Tenderə əsasən Sahələrin mexanikləşdirilmiş üsulla planlaşdırılması, Təbii qum-çınqıl qatışığı, Əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, Təbii qum-çınqıl qatışığı və.s satın alınmalıdır.

Əldə etdiyimiz məlumata görə, "Avtoyoltikintiservis" MMC-nin hazırda 4260.20 AZN vergi borcu var.

Bildirək ki, nizamnamə kapitalı 100 AZN şirkətin qanuni təmsilçi RAMİN MƏMMƏDOV ADİL OĞLUdur.

Xatırladaq ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru