Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə liderdir - FOTO

1-09-2023, 13:28           
Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə liderdir - FOTO
Dövlət İmtahan Mərkəzinin 2023/2024-cü tədris ili üçün açıqladığı Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, ölkə üzrə ən yüksək keçid balı SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) ixtisasına qeydə alınıb.

"Unikal" xəbər verir ki, Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasında dövlət sifarişi üzrə keçid balı 673,3 olub ki, bu da ölkə ali təhsil müəssisələri arasında ən yüksək keçid balıdır.

Liderliyini qoruyan BANM digər ixtisasları üzrə də keçid balına görə ilk sıralardadır.

Belə ki, bu il BANM-in dövlət sifarişi ilə Kompüter mühəndisliyi ixtisası üzrə keçid balı 659,7, Kimya mühəndisliyi ixtisasına keçid balı 646,5, Biznesin idarə edilməsi ixtisasına 640,1, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına 635,6, Neft-qaz mühəndisliyi ixtisasına isə 621 bal olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru