“Parkovşik”lər gündə 50-60 manat plan verir - VİDEO
1-09-2023, 14:49
Görülən bütün tədbirlərə baxmayaraq hələ də əksər küçə və prospektlərdə qanunsuz fəaliyyət göstərən parklanma nəzarətçilərinə rast gəlinir. Onlar sürücülərə meydan oxuyur və qanunsuz pul yığımı ilə məşğuldur. ATV-nin əməkdaşları çəkiliş zamanı “parkovşik”lərin gündəlik 15-60 manat arası plan vermələrini müəyyənləşdirib. Qanunsuz parklanma nəzarətçiləri hamının işlədiyini əsas gətirərək öz əməllərindən vaz keçmədiklərini etiraf ediblər. Ətraflı videomaterialda izləyə bilərsiniz: