Bərdə Rayon Mərkəzi Xəstəxanasında internet problemi: İnsanlar saatlarla dəhlizdə əziyyət çəkiblər - VİDEO

3-09-2023, 10:47           
Bərdə Rayon Mərkəzi Xəstəxanasında internet problemi: İnsanlar saatlarla dəhlizdə əziyyət çəkiblər - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşlar qəbul şöbəsində qeydiyyatdan keçə bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, internet olmadığından müvafiq sistemə giriş çətinləşib.

İsti hava və sıxlığa dözməyən bir nəfər burada huşunu itirib.

Xəstəxanaya müraciət edən insanlar saatlarla dəhlizdə əziyyət çəkiblər.
Məsələ ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov bildirib ki, bir neçə gün internet şəbəkəsində problem olub. Nəticədə belə vəziyyət yaranıb. Tibb müəssisəsi yüksəksürətli internetlə təmin edilmədiyindən proqramların tətbiqində çətinliklər yaranıb. Əlavə olunub ki, artıq problem həllini tapıb.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru