Məktəbli forması üçün Bakıya "tələsən"lərin FACİƏSİ: "Bölgələrdə formalar satılmır" iddiasına RƏSMİ CAVAB

4-09-2023, 16:16           
Məktəbli forması üçün Bakıya "tələsən"lərin FACİƏSİ:
Məktəbli forması üçün Bakıya "tələsən"lərin FACİƏSİ: "Bölgələrdə formalar satılmır" iddiasına RƏSMİ CAVAB

Məktəblərin açılmasına az vaxt qaldığından valideynləri düşündürən əsas məsələnin məktəbli forması olduğunu desək, yəqi ki, yanılmarıq. Odur ki, tələsən valideynlər bölgələrdən paytaxt Bakıya üz tutaraq övladlarına məktəbli geyimləri almağa çalışırlar. Bu tələskənlik isə bir çox hallarda faciə ilə nəticələnir. Belə ki, son günlər övladına məktəbli forması almaq üçün Bakıya gələn valideynlərin qəzaya düşdüyü haqda xəbərlər eşidirik. Belə olan halda isə ortaya haqlı sual çıxır: Məgər bölgələrdə məktəbli formaları satılmır ki, insanlar paytaxta üz tutmaq məcburiyyətində qalıblar?

TehsilMedia.az-a regionlarda yaşayan valideynlərdən verilən məlumata görə, məktəbli formalarının satışı bölgələrdə də həyata keçirilir. Sadəcə qiymətlər bir qədər yüksəkdir. Buna görə də, yaxın bölgələrdə yaşayanlar məhz paytaxta gəlməyi üstün tuturlar.

Bakı Tikiş Evindən saytımıza bildirilib ki, bölgələrdə 11 satış mərkəzi fəaliyyət göstərir və onların hər biri məktəbli formaları ilə təmin olunub.

Elm və Təhsil Nazirliyi də forma arxasınca paytaxta gəlməyə ehtiyac olmadığını bildirir. Nazirliyin əməkdaşı Orxan Abbasov TehsilMedia.az-a bildirib ki, bölgələrdə şagird sayına əsas satış məntəqələri təşkil olunub. Nazirlikdən o da vurğulanıb ki, valideynlər məktəbli formalarını həmin satış məntəqələrindən ala və yaxud dərzidə tikdirə bilərlər.

Ülkər Abdurahmanlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru