Məşğulluq Agentliyinin verdiyi qoyunlar xəstə çıxdı - 400 manata rəsmiləşdiriblər (VİDEO)

6-09-2023, 14:44           
Məşğulluq Agentliyinin verdiyi qoyunlar xəstə çıxdı -
Dövlət Məşğulluq Agentliyinin özünəməşğulluq layihəsi çərçivəsində Cəlilabadda bir qrup şəxsə 20 baş qoyun və bir törədici qoç verilib.

Qaynarinfo-nun məlumatına görə, vətəndaşlar Agentlik tərəfindən onlara təqdim edilən heyvanlardan narazıdırlar. Belə ki, təqdim edilən heyvanların əksəriyyəti xəstədir.

Fermerlərdən biri iddia edir ki, ona verilən qoyunların bir ədədi üçün dövlət qiyməti olaraq 400 manata imza atdırılıb. Amma qoyunların ikisi təqdim edilən yerdə ölüb. Biri isə halsız vəziyyətdədir. Digər heyvanlar da eyni vəziyətə düşürlər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylidir. Məsələdən xəbərdar olan agentlik rəhbəri nədənsə hələ də baş verən heyvan ölümləri ilə bağlı insanları günahlandırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru