Avtomobilinizi bu şirkətlərdə sığorta edəndə diqqətli olun – Tam siyahı
12-09-2023, 10:33
Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “AzSığorta” ASC olub.
Teref.az-ın yazdığına görə, Ekonominfo.az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankının açıqladığı şikayət indeksində yer alıb. “AzSığorta” ASC-dən sonra ən çox şikayət olunan şirkətlərin ilk 5-liyində “İpək Yolu Sığorta”, “Atəşgah Sığorta”, "A-Group Sığorta" ASC və "Günay Sığorta" ASC yer alıb. Onu da qeyd edək ki, “Günay Sığorta” ASC-nin sığorta lisenziyası ləğv edilib. Siyahıda yer alan “Azsığorta” ASC, “İpək Yolu Sığorta” ASC və “A-Qroup Sığorta” ASC-nin avtomobillərin icbari sığortası üzvə lisenziyası ləğv edilib.