Haqqınızı müdafiə edin.

20-09-2023, 08:38           
Haqqınızı  müdafiə edin.
Son bir neçə ildə bəzi həmkarlar təşkilatları tərəfindən işçi (işçilərin) hüquqlarının pozulması hallarını müşahidə etmişəm. Ən ağırı isə işçinin əmək haqqından verdiyi üzvülük haqqı hesabına dolanan , onun hüquqlarını müdafiə etməli olan (ARƏM maddə 309) həmkarlar təşkilatlarının bəzi hallarda strukturuna "qeyri rəsmi daxil olduğu" müəssisə rəhbərliyinin göstərişi ilə arzuolunmaz işçinin işdən azad olunması üçün razılıq verməsi, bəzi hallarda isə "Həmkarlar Təşkilatları haqqında " qanuna zidd olaraq işçini onun müqəddaratının həll olunduğu iclasa da dəvət etmədən ,onun həmin iclasda iştirakını təmin etmədən , tutduğu vəzifəsindən azad olunmasına razılıq verməsi halları da müşahidə olunur. Belə hallarla rastlaşan işçilər həm üzvlük haqqının qaytarılması, həm də işdən azad olma barədə dəymiş maddi və mənəvi ziyanın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər.
Bununla əlaqadar bizim məhkəmə prisidentimiz də var.
Mirvari Gahramanli
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.