Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!

20-09-2023, 11:46           
Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb.

Elm və Təhsil Nazirliyindən Axar.az-a bildirilib ki, sənəd qəbulu sentyabrın 30-u saat 23:59-da başa çatacaq.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatla nazirliyin saytından tanış ola bilərsiniz.

Əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az ünvanına müraciət etmək olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru