İR işçiləri üçün məlumatlandırma və marifləndirmə☝️

20-09-2023, 19:04           
İR işçiləri üçün məlumatlandırma və marifləndirmə☝️
Son dövrlərdə belə növ "Əmək müqaviləsinin ləğvi barədə" Əmrlərə tez-tez rast gəlirik. Bu əmrlərdə bir qayda olaraq işçi ilə bağlanmış Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi barədə olan Əmrdə əsaslar bu qaydada göstərilir:
Əsaslar: Tibbi-sosial Ekspert Komissiyasının SONUNCU MÜAYİNƏ AKTININ MƏLUMATI.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə əsasən əmrdə işçi ilə bağlanmış "əmək müqaviləsinin ləğv edilməsinin əsası" göstərilməlidir. İlk anda belə görünür ki, Əmək Məcəlləsinin tələbinə işəgötürən tərəfindən əməl edilmişdir. Lakin
Hər bir halda bu barədə olan Əmrlər - Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, formal olmamalı, Əmrlər: dəqiq, konkret, qanuna uyğun olmalı, Əmrlərdə göstərilən əsaslar və sənədlərdə:
1. Əmrin verilməsinə səbəb olmuş: Tibbi- Sosial Ekspert Komissiyasının Müayinə aktının nömrəsi və tarixi dəqiq yazılmalıdır.
2. Əgər bu yazılmırsa, deməli bu Əmrdə göstərilən bu sənəd konkret deyil, ümumi xarakter daşımaqla AR Əmək Məcəlləsinin tələblərinə uyğun deyil.
3. Fikrimcə Əmrlərdə: Komissiyanın qərar və ya dəqiq göstərilməməsinin əsas səbəbləri odur ki, bu əsasın özü şübhəlidir. Təqdim olunan əmr və sənədlərin araşdırması təsdiq edir ki, bu işçilər uzun müddət, yəni, 20-25 il müddətindı "tam əmək qabiliyyəti" olmadan işləmişlər və ya işlədilmişlər, ya işçi və ya da işəgötürən tərəfindən bu fakt gizlin saxlanılmış, bu səbəbdən də həmin qərarın tarixin və nömrəsini göstərmək istəmirlər.
Azər Quliyev, Hüquqşünas
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.