ŞAD XƏBƏR: Şəhid olduğu bildirilən XTQ zabiti sağdır – Yaralı hərbçi bataqlıq ərazidən tapıldı - FOTO

21-09-2023, 21:13           
ŞAD XƏBƏR: Şəhid olduğu bildirilən XTQ zabiti sağdır –
Salyanda şəhid olduğu barədə xəbəri gələn hərbçinin sağ olduğu məlum olub.

Bu barədə hüquq müdafiəçisi Emil Məmmədov bildirib.

Onun sözlərinə görə, Qarabağda antiterror əməliyyatı zamanı şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayev 3 günlük axtarışlardan sonra tapılıb. Zabitimiz ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.

Döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib geri qayıdan zaman onu qoyduqları yerdə tapa bilməmişdilər.

Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev 2 körpə qız uşağının atası, YAŞAT Fondunun sədri qazi Elvin Hüseynovun qaynıdır.

Foto Rəsul Ağayevin tapıldığı yerdə çəkilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru