Nazirlik 3 milyonluq təmirə başlayır – Qalib şirkətin vergi borcu var

22-09-2023, 07:27           
Nazirlik 3 milyonluq təmirə başlayır –
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssislərində təmir və abadlıq işləri ilə bağlı tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “AR Group İnşaat” MMC seçilib. Təmir işlərinə 2 834 258,38 AZN xərclənəcək.

Konkret olaraq hansı təhsil müəssisələrinin təmir olunacağı bəlli deyil. Bu barədə şərtlər toplusunda heç bir qeyd yoxdur.

“AR Group İnşaat” MMC 21 avqust 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Elləzov Ramiq Baxtiyar oğludur. Ramiq Ellezovdan əvvəl şirkətin qanuni təmsilçisi Poladov Aqil Polad oğlu olub.

Açıq mənbələrdə bu şəxslər haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin veb-səhifəsi olsa da, işləmir. Bu baxımdan şirkət haqqında hər hansı məlumat əldə mümkün deyil.

“AR Group İnşaat” MMC-nin vergi borcu da var. Şirkətin bu günə olan vergi borcu 8 471,63 AZN təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru