Daimi içməli su mənbəyindən uzaqda olan susuz torpaq ərazilərində işləyən işçilərə bu səbəblə əmək haqqına: hansı hallarda, hansı qaydada və hansı məbləğdə əlavə ödənişlər - ödənilməlidir və ya ödənilirmi?

22-09-2023, 11:08           
Daimi içməli su mənbəyindən uzaqda olan susuz torpaq ərazilərində işləyən işçilərə bu səbəblə əmək haqqına:
Əmək münasibətlərində tədbiq olunmayan və ya nadir hallarda tədbiq olunan normativ hüququ aktlardan daha biri:
Daimi içməli su mənbəyindən uzaqda olan susuz torpaq ərazilərində işləyən işçilərə bu səbəblə əmək haqqına: hansı hallarda, hansı qaydada və hansı məbləğdə əlavə ödənişlər - ödənilməlidir və ya ödənilirmi?
Bu barədə əvvəllər də bizim tərəfimizdən məlumat verilsədə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə mütamadi olaraq suallar daxil olur.
İşçilərin haqqları olan bu hüquqları - hansı əsas və ya səbəblərə görə icra olunmur. Bu ödənişin edilməmə səbəblər aşağıdakılardır:
1. İdarə, müəssisə və təşkilat rəhbərlərinin - bu qanun və qərarı bilməməsi, bildiyi halda görməməzdən gəlməsi, qərarın icrasında maraqlı olmaması.
2. Bu ödənişi almaq hüququ olan işçilərin bu hüquqlarının olmasından məlumatsız olması, bildiyi halda bu hüquqlarını tələb etməməsi.
3. Əmək qanunvericiliyinə: ictimai nəzarəti həyata keçirməli olan - Həmkarlar ittifaqları və dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ictimai və dövlət nəzarətinin həyata keçirməməsi.
4. Qərarda olan: Azərbaycan Respublikasının "susuz torpaq ərazilərində" ifadəsini əsas tutub, bu ödənişin yalnız torpaq sahəsində çalışan işçilərə aid olması səbəbi ilə ödənişin edilməməsi.Halbuki,dəniz obyektləridə olan: estakadalar, bloklar, qurğular, gəmilər və sair obyektlər də - daimi içməli su mənbəyindən uzaqda yerləşir, bu sahələrdə çalışan işçilərə də bu əlavə ödənişlər verilməlidir.
5.AR-sı Nazirlər Kabinetinin qərarına əsasən,
Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli sumənbəyindən 20 km-dən - 40 km-dək uzaqda yerləşən idarə müəssisə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2 (20 faiz), 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində (40 faiz) müəyyən edilmişdir. Yəni, işçilərin tarif (vəzifə) maaşının 20 faizi və 40 faizi məbləğində əlavə ödənişlər nəzərdə tutulur.
6. Suzuz ərazilərin xəritəsi -]Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMD Xidməti ilə birlikdə hazırlanmalıdır.
7. Eyni zamanda: müəssisə, idarə, təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerində çalışan işçilərin əmək haqqına artım əmsalın tətbiq edərkən iş yerləri ilə içməli su mənbə arasındakı məsafələri hər il şəhər (rayon) icra hakimiyyəti orqanı ilə dəqiqləşdirməlidirlər.
8. Susuzluğa görə əlavə ödəniş - Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulur. Bu ödənişləri etməmək-bu bu normativ hüquqi aktların pozulmasıdır. Bu qanun və qərarların pozulmasına görə isə işəgötürənlər: maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azər Quliyev.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.