Biləcəridə məktəb yolu qəbiristanlıqdan keçir - Video
23-09-2023, 14:51
Biləcəri qəsəbəsindəki Nur yaşayış massivində yerləşən 314 nömrəli məktəbin şagirdləri məktəbə yollanmaq üçün qəbiristanlıqdan keçməli olurlar.
Teref.az Xəzər TV-yə istinadla xəbər verir ki, valideynlər ötən ilə qədər yolun qəbiristanlıqdan kənarda olduğunu bildiriblər. Lakin indi bu ərazilər özəlləşdirilib.
Biləcəri bələdiyyəsinin sədri Ehtibar Cabbarov məsələnin araşdırılacağına söz verib.