Qacanların Ermənistana daşınması üçün 30 avtobus ayrılır

25-09-2023, 00:03           
Qacanların Ermənistana daşınması üçün 30 avtobus ayrılır
"Artsax" İnformasiya Qərargahının məlumatına görə, qondarma rejimin çiçəyi burnunda lideri Samvel Şahramanyan Xocalı aeroporuna sığınan ermənilərlə görüşüb. Onlardan bəziləri ev-eşiklərinin əllərindən çıxdığını, Qarabağda yaşamaq üçün heç bir səbəblərinin qalmadığını və Ermənistana köçmək istədiklərini bildiriblər.
"Əldə olunan razılıq nəticəsində onların Ermənistana daşınması üçün 30 avtobus ayrılması barədə qərar qəbul edilib.
Evsiz və ağır vəziyyətdə olan vətəndaşların daşınması prosesi başa çatdıqdan sonra yaxın aylarda Ermənistana köçmək istəyən hər kəsə bu imkan yaradılacaq".
Yəni ki, hələ bir neçə ay da gözləməli olacağıq.
Heyder Oguz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru