Hər şəhid bir millət üçün böyük itkidir.

25-09-2023, 08:07           
Hər şəhid bir millət üçün böyük itkidir.
Hər şəhid bir millət üçün böyük itkidir. Bunu heç kim inkar edə bilməz. Mən də inkar etmirəm.
Amma 24 saatlıq əməliyyatda şəhidlərimizin çox olduğunu iddia edənlər bu fikirlərini əsasən 44 günlük savaşdakı itkilərimizlə müqayisə edirlər və yanlış hesablar çıxarırlar. İddia edirlər ki, 44 günlük müharibədə cəmi 3000-ə yaxın oğullarımızı itirdik. Günlərə bölsək, hər günə hardasa 68 şəhid düşür. Amma birgünlük antiterror əməliyyatında isə 200 şəhid (təsdiqlənməmiş bu rəqəmin hardan götürüldüyü belə bəlli deyil) vermişik. Bu isə 44 günlük savaşdakı itkilərimizdən 3 dəfə çoxdur.
Məncə, məsələyə mühasibatçı kimi yanaşan bu məntiq olduqca yanlışdır. Ən azı o səbəbdən ki, 44 günlük müharibədə də ən böyük itkini, böyük ehtimalla ilk gün vermişdik. Çünki cəbhə xəttinin yarılması, düşmən mövqelərinin götürülməsi böyük fədakarlıqlar tələb edir və ordular ən ciddi itkiləri ilə məhz bu zaman qarşılaşırlar. Cəbhə xəttinin yarılmasından sonra isə iş asanlaşır. Daha rahat irəliləyir, daha az maneələrlə qarşılaşırsan və itkilərin də az olur.
1 günlük antiterror əməliyyatında da məhz bu baş verib. Cəbhə xətti tamamilə yarılıb, 90-dan çox düşmən mövqeyi ələ keçirilib, ermənilər tamamilə zərərsiz hala gətirilib. Bəlkə də bu çətin mərhələdən sonra savaş 1 ay da davam etsəydi, itkilərimizin sayında böyük dəyişiklik olmayacaqdı. Odur ki, savaş dəyərləndirməsi apararkən, kalkulyatoru qarşına qoyub mühasibatçılıq etmək olduqca xətalı yanaşmadır.
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.