BDU beynəlxalq THE reytinq siyahısında yer alıb

29-09-2023, 09:34           
BDU beynəlxalq THE reytinq siyahısında yer alıb
“Times Higher Education” 2024-cü il üçün dünya universitetlərinin reytinq siyahısını açıqlayıb.
Bakı Dövlət Universiteti Azərbaycanda THE reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsi olub.
Bu ali təhsil müəssisəsi dünyanın 108 ölkəsindən 1900-dən çox universitet arasında 1501+ yeri qazanıb.
Müzakirə predmeti ola biləcək məqamlar olsa da, BDU-nu təbrik edirik.
Xatırladıram ki, THE dünya universitetləri reytinqini müəyyən edərkən universitetlərin tədris, elmi-tədqiqat, elmi məqalə sayı və istinad indeksi, beynəlxalq reputasiyası, sənaye gəlirləri və digər meyarları nəzərə alır.
Xatırladıram ki, bir müddət öncə BDU və 5 elmi-tədqiqat institutunun birgə fəaliyyətinin təşkili ilə bağlı Memorandum da imzalanmış və bu, müzakirələrə də səbəb olmuşdu.
Bu sənədə görə, qəribə də olsa 5 elmi müəssisənin indiyədək və bundan sonra olan bütün elmi potensialı, elmi məqalələri həm də BDU-nun hesab olunur.
Görünür ki, artıq bu Memorandum öz töhfəsini verməyə başlayıb.
O zaman, bəzi elmi müəssisə rəhbərlərinin bu sənədin mahiyyətindən xəbərsiz olduqları haqqında məlumatlar da yayılmışdı.
Xatırladıram ki, cari ildə açıqlanan digər beynəlxalq reytinqlərə , QS və WEBMETRICS -ə görə ölkə birincisi UNEC olmuşdur.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru