Əmək münasibətlərində: əlil və müharibə veteranları üçün hansı güzəşt və təminatlar nəzərdə tutulur?
29-09-2023, 14:08

Bu barədədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə - əlil və müharibə iştirakçısı olan işçilərdən mütamadi olaraq suallar daxil olur. Əmək qanunvericiliyi ilə bu işçilər hansı güzəşt və təminatlara malikdir?
Əlil və müharibə iştirakçıları üçün - əmək qanunvericiliyində kifayət qədər müsbət və bu işçilərin əmək hüquqlarını təsbit edən normativ hüquqi aktlar qəbul olunub.
Ən əsası: əlil və müharibə iştirakçıları üçün əmək qanunvericiliyində olan bu qanunların, qanunla nəzərdə tutulan qaydada icrasıdlr.
Əmək münasibətlərində: əlil və müharibə veteranları üçün hansı güzəşt və təminatlar nəzərdə tutulur? Əmək qanunvericiliyi ilə bu işçilər üçün nəzərdə tutulan əsas hüquqların
bir neçəsi:
1. İlk olaraq onu bildirirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən: əmək münasibətlərində bu statusa malik olan şəxslər üçün güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı - seçkilik və ya diskriminasiya hesab edilmir.
2. Əlilliyin qrup, səbəb və müddətindən asılı olmayaraq işləyən əlil və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə ödənişli əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
3. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya ) alan və bu kateqoriyadan olan, müvafiq dövlət təltifləri olan işçilərə ödənişli məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
4. Əmək qabiliyyətini tam itirməklə əlaqədar Əmək müqaviləsi ləğv olunmuş işçilərə 2 ay məbləğində müavinət ödənilir, gəlir vergisi tutulmadan.
5. Bu şəxslərin kvota əsasında və Məşğulluq Xidmətinin göndərişi əsasında - məcburi qaydada işə düzəlmək hüquqları vardır.
6. Kvota nəzərdə tutulan hər bir müəssisədə işçilərin ümumi sayının 2.5 faizi - əlillər üçün nəzərdə tutulur.
7. Müəssisələrdə ştatların ixtisarı zamanı İşəgötürən ixtisasları (peşələri) və səviyyələri eyni olduqda, bu işçiləri işdə saxlamağa borcludur: müharibə iştirakçıları,həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuş işçiləri.
8. AR Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərlə Əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
9. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin
-hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
10. 1-ci və 2-ci qrup əlil olan işçilər üçün-36 saatdan artıq olmayan iş rejimi təyin olunub.
12. Azərbaycanın müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər, dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçi - Attestasiyadan keçirilmir.
13. Əmək müqaviləsi və Kollektiv müqavilə ilə: əlil və müharibə iştirakçısı olan işçilər üçün əlavə güzəşt və təminatların nəzərdə tutula bilər.
14. Əlillərin: işə qəbul, məşğulluq, iş yerinin qorunması, xidməti vəzifə üzrə irəliləməsi, təhlükəsiz və sağlam əmək şəraiti də daxil olmaqla məşğulluq növləri ilə bağlı bütün məsələlərə münasibətdə əlillik əlaməti üzrə ayrı-seçkilik qadağandır
Q15. Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar işçilərə müəyyən olunmuş standartlara uyğun olan təhlükəsiz əmək şəraiti yaradır və onların əmək qabiliyyətlərinin aşağı düşməsinə, sağlamlığına vurulmuş ziyana görə qanunvericiliyə uyğun məsuliyyət daşıyır, müalicə və bərpa xərclərini ödəyirlər.
16. Əlillərin işə düzəldilməsi üzrə tədbirlər görməyən mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar
17. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - məhkəməyə İddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edilirlər.
Azər Quliyev.
Teref.az