"6 aydır məni aldadırlar ki, pul veriləcək" - NAZİRİN NƏZƏRİNƏ

30-09-2023, 09:18           
"6 aydır məni aldadırlar ki, pul veriləcək" -
Astara rayonu Ərçivan kənd sakini Xaliq Məmmədzadə atasının ölümündən sonra ailəyə çatacaq vəsaiti Lənkəran Regional Təhsil İdarəsindən ala bilmir. DİA.AZ bildirir ki, bu barədə şikayət edən vətəndaş rəsmiləri də ittiham edir.

O bildirir ki, atası Vaqif Məmmədov uzun illər Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri işləyib. O, bu ilin aprelin 3-də vəfat edib. Atası vəfat edəndən sonra ailəyə onun maaşının 3 misli qədər vəsait birdəfəlik ödənilməli idi. Amma apreldən bu günə kimi ailə 2.010 manat pulu ala bilmir.

"Altı aydır pulu ödəmirlər. Lənkəran Regional Təhsil İdarəsi deyir, maliyyə şöbəsinə yönləndirmişik, buna şöbə baxır. Altı aydır məni aldadırlar ki, gələn ay pul veriləcək",- Xaliq Məmmədzadə deyir.

Elm və Təhsil Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, Lənkəran Regional Təhsil İdarəsi yaxın zamanda Vaqif Məmmədovun ailəsinə bu müavinəti ödəyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru