İşəgötürənlərin , o cümlədən 6 saylı Qobustan nəqliyyat idarəsinin rəhbərliyinin diqqətinə!
30-09-2023, 13:55
ARƏM maddə 169.1, maddəsi müəssisədə iş həcminin azalması ilə əlaqədar boşdayanma hallarına tədbiq oluna bilməz!
Əksər idarə və müəssisələrdə Əmək Məcəlləsinin 169.1. maddəsinin( Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının
üçdə iki hissəsindən az olmayaraq ödənilir) düzgün tədbiq olunmadığı müşahidə olunur. Belə ki, həmin maddənin bir çox hallarda digər əmək münasibətlərinə, o cümlədən, məsələn, müəssisədə iş həcminin azalması ilə əlaqədar boşdayanma hallarına da tədbiq olunur ki, bu da qanunauyğun deyil. Əmək Məcəlləsinin 169.1-ci maddəsi iş həcminin azalması ilə əlaqədar boşdayanma hallarını deyil, iş yerində olan işçilərin müəyyən səbəblərdən (materialların olmaması, vaxtında gətiriməməsi, nəqliyyatın gecikməsi, küləkli hava şəraiti, yanğın, xəstəlik, su, işiq, qazın olmaması, əməyin mühafizə qaydalarını pozulması və sair hallarla əlaqədar işlərin qısa müddətli dayandırılması hallarına) əmək funksiyalarını yerinə yetirə bilməməsi və ya işəgötürəndən asılı olan və ya olmayan digər səbəblərdən işlərin qısa müddət ərzində yerinə yetirilməməsi hallarına aiddir.
Azər Quliyev.
Teref.az