Şimal yarımkürəsində buğda məhsuldarlığı dünya üzrə buğdanın qiymətini aşağı salıb

2-10-2023, 12:14           
Şimal yarımkürəsində buğda məhsuldarlığı dünya üzrə buğdanın qiymətini aşağı salıb
Buğdanın qiyməti 2008-ci ildən bəri ilk dəfə olaraq artıq dördüncü rübdür ki, ucuzlaşır.

Bu barədə Çikaqo Birjasının (CBOE) məlumatlarında qeyd edilib.

Qara dəniz regionundan taxılın ixracı ilə bağlı gərginliyə baxmayaraq, Şimal yarımkürəsində məhsuldarlıq sayəsində dünya üzrə təchizat səviyyəsi yüksək olaraq qalır.

“Dünya Ukraynadakı hadisələrə baxmayaraq ehtiyacı olanlara taxıl çatdırmağın yollarını tapıb”, - deyə “ANZ”-nin analitiki Maykl Uaythed bildirib.

Rusiya təhlükəsiz taxıl ixracı haqqında sazişdən çıxdıqdan sonra Ukrayna Dunay vasitəsilə digər marşrutlardan istifadə etməyə başlayıb və Qara dəniz vasitəsilə daşımaları bərpa edib. Həmçinin dəhlizin bərpasının mümkün olub-olmayacağının hələ aydın olmadığı bildirilir.

Mənbə: “Bloomberg” İnformasiya Agentliyi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru